BMT Baş katibinin xüsusi nümayəndəsinə qarşı sui-qəsdin üstü açıldı

BMT Baş katibinin xüsusi nümayəndəsinə qarşı sui-qəsdin üstü açıldı
16:33 28 May 2017
46 Dünya
Ölkə mətbuatı
A- A+

Mançesterdə partlayış törətmiş terrorçunun kiçik qardaşı BMT-nin Baş katibinin xüsusi nümayəndəsinə qarşı sui-qəsd hazırlayıbmış.

Publika.az AZƏRTAC-a istinadən xəbər verir ki, Haşim Abedi və iştirak etdiyi terror qruplaşması BMT missiyasının rəhbəri Martin Koblerə onun 2017-ci ilin əvvəlində Tripoliyə səfəri zamanı hücum etməli idi. Hüquq-mühafizə orqanları bir neçə ay Abedini izləyib və terrorun qarşısını almaq mümkün olub. Haşim Abedi Mançesterdəki qardaşından gələn 3,2 min dolları almaq üçün banka gedərkən həbs olunub. Hazırda Britaniyanın Mİ-6 kəşfiyyat xidmətinin əməkdaşları Liviyada təhqiqatlar aparırlar.

Qeyd edək ki, mayın 22-də Mançesterdə konsert zalında baş verən partlayışda 22 nəfər ölüb, 66 nəfər yaralanıb. Ölənlərin 12-si uşaq olub, 23 yaralının vəziyyəti ağır qiymətləndirilir. Partlatışı terrorçu-kamikadze törədib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/200471.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR