Kürdəmirdə avtomobil yanıb

Kürdəmirdə avtomobil yanıb
16:44 28 May 2017
112 Digər
Ölkə mətbuatı
A- A+

Kürdəmirdə minik avtomobili yanıb.

 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün Ağsu- Kürdəmir-İmişli yolunun 57-ci kilometrliyində Kürdəmir rayon ərazisində qeydə alınıb.

 

Kürdəmir rayon sakini 1965-ci il təvəllüdlü İnqilab Məhərrəm oğlu Həsənovun idarə etdiyi “QAZ-31” markalı minik maşını hərəkətdə olarkən qəflətən alışıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şirvan Şəhər Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.

 

Fakt araşdırılır. 


Xəbərin orijinal ünvanı: https://news.lent.az/news/275636

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR