Şimali İrlandiya millisinin daha bir hücumçusu Azərbaycan yığmasına qarşı oynamayacaq

Şimali İrlandiya millisinin daha bir hücumçusu Azərbaycan yığmasına qarşı oynamayacaq
23:42 28 May 2017
81 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 28 may. REPORT.AZ/ Şimali İrlandiya milli komandası Azərbaycan yığmasına qarşı keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçından əvvəl hücum xəttində daha bir futbolçu itkisi ilə üzləşib.
"Report"un məlumatına görə, toyu ilə əlaqədar görüşü buraxacaq Konor Vaşinqtonun ardından Ceymi Uordun da dəvətlilər siyahısında olmayacağı müəyyənləşib. İngiltərə "Nottingem Forest"ində çıxış edən təcrübəli forvard mövsümün son oyununda zədələnib.
Həm Vaşinqton, həm də Uord Şimali İrlandiya millisinin martın 26-da evdə Norveçi 2:0 hesabı ilə yendiyi görüşdə qol müəllifi olub. Onların əvəzinə İngiltərə "Norviç"indən ayrıldıqdan sonra klubsuz qalan Kayl Lafferti ilə "Ross Kaunti"də vurduğu 23 qolla Şotlandiya çempionatının bombardiri olan Liam Boysun hücum xəttində yer alacaqları gözlənilir.
"Vest Bromviç"in yarımmüdafiəçi Qaret Makauli də baldırındakı zədə üzündən qarşıdakı görüşü buraxacaq. O, 2016-cı il noyabrın 11-də Belfastda keçirilmiş ilk oyunda ikinci qolun müəllifi olub. Amma həmin mövqedə oyunçu seçimi genişdir.
Qeyd edək ki, Şimali İrlandiya millisi Azərbaycanla iyunun 10-da Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gələcək. İyunun 2-də isə bu komandanı Yeni Zelandiya ilə yoldaşlıq görüşü gözləyir. Baş məşqçi Maykl O`Nil hər iki matç üçün heyəti mayın 29-da açıqlayacaq.  

Xəbərin orijinal ünvanı: https://report.az/dc-2018/simali-i-rlandiya-millisinin-daha-bir-hucumcusu-azerbaycan-yigmasina-qarsi-oynamayacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR