"Maşın" şou başladı

Əməkdar artist Murad Dadaşovun "Maşın" realiti-şousu artıq yeni iştirakçıları ilə başlayıb.

Metbuat.az bildirir ki, ATV-də efirə gedən şouda 18 məşhur iştirak edir. Onlardan 9-u ötən verilişlərdən təcrübəli olsa da, digər 9-u ilk dəfə proqramda çıxış edir.

Həmin iştirakçıları təqdim edirik:

Rəqqasə Oksana Rəsulova, rejissor Aqil M.Quliyev, Kənan Mahmudov, aparıcı Azər İsmayılov, prodüser Tarix Əliyev, müğənnilər Təranə Qumral, Nadir Qafarzadə, Sərxan Kərəmoğlu, Cavad Rəcəbov, Elton Hüseynəliyev, Səidə Sultan, meyxanaçı Üzeyir Mehdizadə, jurnalist Vüqar Vüqarlı, aktrisa Pərvin Abıyeva, aktyorlar Fərda Xudaverdiyev, Elcan Rəsulov, İslam Mehrəliyev, Səbuhi Xanlarov.

Qeyd edək ki, bu gün başlayan veriliş iyunun ortasına qədər davam edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR