Goranboyda maşın aşdı - 4 yaralı

Goranboyda maşın aşdı - 4 yaralı
01:19 29 May 2017
83 Digər
Ölkə mətbuatı
A- A+

Goranboyda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Balakürd kəndində qeydə alınıb.

 

Hərəkətdə olan “VAZ2107” markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarına aşması nəticəsində 1997-ci il təvəllüdlü 4 nəfər rayon sakini - Feyzullayev Sərxan, Camalov Xanlar, Ələsgərli Elmir və Feyzullayev Orxan müxtəlif bədən xəsarətləri alaraq Goranboy rayon Mərkəzi xəstəxanaya yerləşdiriliblər. Hazırda onlara tibbi yardım göstərilir.

 

Faktla bağlı Goranboy rayon Polis şöbəsində araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: https://news.lent.az/news/275652

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR