Dünən 4 nəfər qəza nəticəsində dünyasını dəyişib

Dünən 4 nəfər qəza nəticəsində dünyasını dəyişib
19:09 29 May 2017
73 Digər
Ölkə mətbuatı
A- A+

Mayın 28-də saat 22 radələrində Gəncə şəhəri Ü.Hacıbəyov küçəsində şəhər sakini İ.Əliyev idarə etdiyi "Mercedes" markalı avtomobillə qəza törədib.

Lent.az-ın Daxili İşlər Nazirliyinin ( DİN ) saytına istinadən məlumatına görə, o, yolu keçən həmyerlisi Mahizər Məmmədovanı vurub və nəticədə piyada hadisə yerində ölüb. 

Kəpəz RPİ tərəfindən araşdırma aparılır.

 

Ötən gün  saat 18 radələrində Lənkəran rayonunun Velədi kəndi ərazisində rayon sakini Vasif Həsənov idarə etdiyi "VAZ-21154" markalı avtomobillə yolun kənarında velosiped sürən Sütəmurdov kənd sakini Tərlan Ələsgərovu vurub. Hadisə nəticəsində T.Ələsgərov hadisə yerində ölüb. 

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

 

Mayın 28-də Lənkəran rayonunda daha bir yol-nəqliyyat hadisəsi yaşanıb.

Saat 15 radələrində Lənkəran rayonunun Cil kəndi ərazisində rayon sakini Mirnəsir Hüseynzadə idarə etdiyi "Chevrolet" markalı avtomobillə yolu keçən 35-40 yaşlı kişini vurub və nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb. 

Lənkəran ŞRPŞ tərəfindən araşdırma aparılır.

 

Bundan başqa,  mayın 28-də saat 22 radələrində Nərimanov rayonu Ak.H.Əliyev küçəsində Türkiyə vətəndaşı Serkan Sakin Mustafa idarə etdiyi "Volksvagen" markalı avtomobillə yolu keçən Qazax rayon sakini Nərgiz Yolçuyevanı vurub və nəticədə piyada hadisə yerində ölüb. 


Nərimanov RPİ tərəfindən araşdırma aparılır. 

 

 


Xəbərin orijinal ünvanı: https://news.lent.az/news/275692

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR