Qazaxda çoban ürək tutmasından öldü

Qazaxda çoban ürək tutmasından öldü
23:34 29 May 2017
80 Digər
Ölkə mətbuatı
A- A+

Qazaxda heyvanları otaran çoban ürək tutmasından dünyasını dəyişib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Xanlıqlar kəndində qeydə alınıb.

 

Kənd sakini, 1960-cı il təvəllüdlü Kərimov Məhəmməd Şahqulu oğlu çöldə heyvan otararkən özünü pis hiss edib. Təcili yardım avtomobili ilə Qazax Müalicə Diaqnostika Mərkəzinə aparılarkən o, ürək tutmasından yolda dünyasını dəyişib.

 

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: https://news.lent.az/news/275701

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR