FİFA Almeyda ilə bağlı qərarını açıqladı

FİFA Almeyda ilə bağlı qərarını açıqladı
15:19 30 May 2017
54 Digər
Ölkə mətbuatı
A- A+

Riçard Almeydanın DÇ-2018-in seçmə mərhələsi çərçivəsində millimizin Şimali İrlandiyaya qarşı oyunda iştirak edib-etməyəcəyinə aydınlıq gəlib. Apasport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Qarabağ”ın yarımmüdafiəçisi iyunun 10-da baş tutacaq matçda oynaya biləcək.

 

Belə ki, FİFA-nın müvafiq komitəsi AFFA-nın Braziliya əsilli xavbekin millimizdə oynamaqla bağlı müraciətinə baxıb. Ali futbol qurumu məsələnin həllini mövcud qaydalara uyğun olaraq AFFA-nın səlahiyyətinə verib.

 

Assosiasiya rəhbərliyinin bu məsələ ilə bağlı müsbət qərarı millinin baş məşqçisinin nəzərinə çatdırılıb. Beləliklə, Robert Prosineçki hazırda Avstriya toplanışında olan Almeydanın xidmətindən Şimali İrlandiya ilə qarşılaşmada yararlana biləcək.

 

Qeyd edək ki, Riçard Almeyda 2012-ci ilin yayından bəri “Qarabağ”ın formasını geyinir


Xəbərin orijinal ünvanı: https://news.lent.az/news/275749

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR