Bu gözəl qız səhvən çəngəl uddu...

Türkiyənin Bursa əyalətində maraqlı hadisə yaşanıb. 19 yaşlı qız çəngəl udub.

19 yaşlı Naciyə Aka yeməkdən sonra dişlərini təmizləmək üçün diş çöpünün yerinə çəngəldən istifadə etmək istəyib. Lakin ehtiyyatsızlıq ucbatından qız çəngəli udub.

19 yaşlı qız ailə üzvləri tərəfindən xəstəxanaya aparılıb. Həkimlər əməliyyatla çəngəli qızın qarnından çıxarıblar.

Hazırda qızın vəziyyətinin qənaətbəxş olduğu deyilir. //Publika


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR