"Samsung" yeni model hazırlayıb: 2 kameralı telefonlar gəlir - FOTO

"Samsung" yeni model hazırlayıb: 2 kameralı telefonlar gəlir - FOTO
21:05 30 May 2017
Ölkə mətbuatı
A- A+

Cənubi Koreyanın Samsung korporasiyası ilk əsas (frontal) iki kameralı smartfonunu satışa hazırlayır.

Milli.Az OnLeaks-ə istinadən bidirir ki, Samsung Galaxy C10 modeli orta qiymət seqmentinə məxsus olacaq. Şirkət bu minvalla ilk əvvəl iki kameralı smartfonu orta seqmentdə sınamağı, sonra texnologiyanı flaqman modellərə tətbiq etməyi düşünür.

Hazırda bazarda olan iPhone 7 Plus adi görünüşh moduluna və ikiqat zuma, Huawei P10 - genişlənmiş dinamik diapazona, LG G6  isə genişbucaqlı obyektivə malikdir.

Samsung Galaxy C10 ikiqat kamera modulu, USB Type-C və 3,5 mm portları, solda Bixby assistentinin çağırışı üçün düymə, 5,5 düymlük displey, metal korpus olacaq. Telefonun öölçüləri 152,5x74,8x7,68 mm-dir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/549637.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR