Rusiya Antalyaya uçuşları bərpa etdi

Rusiya Antalyaya uçuşları bərpa etdi
01:39 31 May 2017
91 Digər
Ölkə mətbuatı
A- A+

“Rosaviasiya” Rusiya aviaşirkətlərinin Türkiyənin Antalya bölgəsinə çarter uçuşlarına qoyulan qadağanı ləğv edib. APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə məsələ ilə məlumatlı mənbə bildirib.   

 

“Antalyaya uçuşlara qadağa ləğv edilib”, - deyə mənbə bildirib.   

 

Qeyd edək ki, “Rosaviasiya” apreldə aviaşirkətləri Türkiyəyə çarter uçuşlarının mümkün dayandırılması barədə məlumatlandırıb. Qərar Türkiyə daxilində mürəkkəb siyasi vəziyyətlə əlaqələndirilmişdi.  

 

Mayın əvvəlində qurum Antalya istisna olmaqla Türkiyənin digər bölgələrinə tətbiq edilmiş məhdudiyyətləri ləğv etmişdi. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/275780

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR