Bakının mərkəzində ağır qəza: qadın öldü

Bakının mərkəzində ağır qəza: qadın öldü
09:59 31 May 2017
181 Digər
Ölkə mətbuatı
A- A+

Bakının mərkəzində ağır yol qəzası baş verib. Lent.az xəbər verir ki, gecə saat 21:50 radələrində Parlament prospektində Xamis Ağcayevin idarə etdiyi “Mercedes C 230” markalı, 10 VS 232 dövlət qeydiyyat nişanlı avtomobil yolu keçən 35-40 yaşlı qadını vurub. Ağır xəsarət alan qadın xəstəxanada vəfat edib.

 

Araşdırmalar nəticəsində məlum olub ki, ölən qadın 1979-cu il təvəllüdlü Quliyeva Lamiyə Əfrail qızıdır.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/275798

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR