KİV rəhbərləri Naxçıvanda

KİV rəhbərləri Naxçıvanda
10:09 31 May 2017
72 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın bir qrup KİV rəhbərinin bu gün Naxçıvan Muxtar Respublikasına (MR) səfəri başlayıb.

 

APA-nın məlumatına görə, səfər Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİV DF) təşkilatçılığı ilə baş tutub.

 

20 nəfərlik nümayəndə heyəti üç günlük səfər çərçivəsində yerli KİV-in işi ilə yaxından tanış olacaq, Naxçıvanın mədəni-tarixi abidələrini ziyarət edəcək.

 

KİV rəhbərlərinin "Naxçıvanın turizm potensialının tanıdılmasında medianın rolu" mövzusunda konfransda iştirakı da nəzərdə tutulur.

 

Nümayəndə heyətinə KİV DF-nin icraçı direktoru Vüqar Səfərli, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu, “APA Holdinq”in prezidenti Vüsalə Mahirqızı, “Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənov, KİV DF-nin Müşahidə Şurasının sədr müavini, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Ədalət" qəzetinin təsisçisi, millət vəkili Aqil Abbas, “Trend” İnformasiya Agentliyinin baş direktoru  İlqar Hüseynov, “İnterfaks” İnformasiya Agentliyinin direktoru  Aleksandr İvanov, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, “525-ci qəzetin” baş redaktoru Rəşad Məcid, “Olaylar” İnformasiya Agentliyinin baş redaktoru Yunus Oğuz, “Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev,  Azərbaycan Mətbuat Şurasının sədr müavini,  “Jurnalistlərin Həmkarlar İttifaqı”nın sədri Müşfiq Ələsgərli, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, “Həftə İçi” qəzetinin baş redaktoru Sevinc Seyidova, “Palitra” qəzetinin baş redaktoru  Namiq Əliyev, “Azernews” qəzetinin baş redaktoru Sevil Mikayılova, KİV DF-nin informasiya texnologiyaları üzrə mütəxəssisi Mirsəid Ağayev, “Movqe.az” saytının müxbiri Zülfiyyə Quliyeva daxildir.

 

Qeyd edək ki, KİV rəhbərləri ötən ilin oktyabrında da KİV DF-nun təşkilatçılığı ilə Naxçıvan MR-ə iki günlük səfər etmişdi.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/275800

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR