Tarixdə bu gün nələr baş verib?

31 may 526-cı ildə Antioxiyada baş vermiş zəlzələ nəticəsində 250 min insan həyatını itirib.

1910-cu ilin bu günü Cənubi Afrika Birliyi qurulub.

31 may 1911-ci ildə Titanik gəmisi suya endirilib.

1935-ci ilin bu günü Hindistanın Kvetta şəhərində baş verən 7,7 ballıq zəlzələ 40 min insanın həyatını itirməsinə səbəb olub.

31 may 1970-ci ildə Peruda baş vermiş 7,9 ballıq zəlzələ nəticəsində 70 min insan həyatını itirib.

1985-ci ilin bu günü ABŞ-ın Ohayo, Pensilvaniya və Nyu-York ştatlarını və Kanadanın Ontario əyalətini vuran 41 tornado 76 insanın ölümü ilə nəticələnib.

31 may 2010-cu ildə İsrail əsgərlərinin Qəzza bölgəsinə humanitar yardım aparan gəmilərə hücumu nəticəsində 9 mülki şəxs həlak olub.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR