Azərbaycanlı məşhur oğlu ilə birgə İLK DƏFƏ bunu etdi - FOTOLAR

Azərbaycanlı məşhur oğlu ilə birgə İLK DƏFƏ bunu etdi - FOTOLAR
10:24 31 May 2017
73 Digər
Ölkə mətbuatı
A- A+

Gitara ifaçısı Rəhman Məmmədlinin Şövkət Məmmədova adına Opera Studiyasının konsert salonunda, “Etno-Simfo” orkestri ilə birgə “55-ci baharım” adlı solo konserti baş tutub. Lent.az-ın məlumatına görə, konsertə gitara ifaçısının sənət dostları ilə yanaşı pərəstişkarları da gəlib. Gecənin təşkilatçısı və bədii rəhbəri Rəhman Məmmədlinin oğlu bəstəkar Tural Məmmədli olub.

 

Konsertdə ilk dəfə olaraq elektro gitara aləti simli alətlərin, eləcə də Azərbaycan xalq çalğı alətlərinin müşayiəti ilə təqdim edilib. Bundan başqa konsertdə Azərbaycan xalq, bəstəkar mahnıları yeni işləmədə təqdim olunub. Gecədə ifa olunan bütün musiqilər bəstəkar Tural Məmmədli tərəfindən aranjeman olunub və yeni formatda səsləndirilib.  Eləcə də İrandan məşhur rəssam-xanəndə Vədud Moazzen, xanəndə Rafael Məmmədov və Rövşən Əziz konsertdə öz ifalarını təqdim ediblər.

 

Xatırladaq ki, gitara ifaçısı R.Məmmədli 24 iyun və 8 iyul tarixləri arası Amerika Birləşmiş Ştatlarının New York, Texas və Hyuston ştatlarında 3 konsert proqramı ilə çıxış edəcək. 

 

Qeyd edək ki, konsertin informasiya dəstəkçisi Lent.az idi.

 

 

 

 

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/275804

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR