"Porsche" ilə polisi öldürən şəxs məşhur iş adamının qohumu imiş - FOTOLAR

"Porsche" ilə polisi öldürən şəxs məşhur iş adamının qohumu imiş - FOTOLAR
17:44 31 May 2017
86 Digər
Ölkə mətbuatı
A- A+

 

Ötən gün polisin ölümü ilə nəticələnən dəhşətli qəzanın bəzi təfərrüatı məlum olub.

 

Lent.az yenicag.az-a istinadən xəbər verir ki, Bibiheybət yolundakı faciəvi qəzaya qarışan “Porsche” markalı avtomobilin sürücüsü Rövşən Aydın oğlu Məmmədov Azərbaycanda “Binə Kəbirə” kimi tanınan məşhur iş xanımı Kəbirə Məmmədovanın qardaşı oğludur.

 

1974-cü il təvəllüdlü Rövşən Məmmədov hazırda xəstəxana şəraitində müalicə olunur. O, əvvəlcə Travmotologiya İnstitutuna yerləşdirilsə də, daha sonra özəl klinikalardan birinə köçürülüb.

 

Qeyd edək ki, Rövşən Məmmədov ötən il ağır faciə yaşayıb. Belə ki, onun məktəbi yenicə bitirən 17 yaşlı oğlu rəhmətə gedib.

 

Xatırladaq ki, Rövşən Məmmədovun idarə etdiyi 10 VV 155 dövlət nömrə nişanlı avtomobillə vurulan 99 AP 658 nömrəli Polis Post Patrul Xidmətinə məxsus “Fiat Doblo”da ölən polis əməkdaşı 25 yaşlı Emil Adil oğlu Zeynallıdır.

 

Rövşən Məmmədovun və onun gənc yaşda dünyasını dəyişən oğlunun fotolarını təqdim edirik:

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/275865

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR