İmişlidə ev külə döndü: "İçəridə 28 min manat pulum, qızıllarım getdi"

İmişlidə ev külə döndü: "İçəridə 28 min manat pulum, qızıllarım getdi"
12:09 1 İyun 2017
56 Digər
Ölkə mətbuatı
A- A+

İmişlinin Yalavac kəndində İbrahimovlar ailəsinə məxsus fərdi yaşayış ev, evdə olan əşyalar, o cümlədən xeyli miqdarda qızıl-zinət  məmulatları və pul yanaraq  külə dönüb.
 
Hadisə ötən gecə qeydə alınıb. Evdə başlayan alov qısa müddətdə  güclənib və  ümumi sahəsi 142 kvadratmetr olan 5 otaqlı evi bürüyüb. Sakinlər evdə olmadıqlarından yanğından gec xəbər  tutublar.
 
"Evdə olmayanda ev alışıb yanıb. Oğlumgilə getmişdim, xəbər gəldi ki, ev yanır.  Gəldik, evə girmək mümkün olmadı. Yanğınsöndürənlər gəldilər, söndürdülər. Evdə 28 min manat nağd pul, bir də gəlinlərimin, yoldaşımın qızılları yandı. İki gəlinimin və özümüzün mebellərimiz yanıb külə döndü".
 
Hadisə yerinə gələn İmişli rayon yanğından mühafizə xidmətinin texnika və canlı  qüvvəsi alovun digər  sahələrə keçməsinin qarşısı alıblar. Faktla bağlı araşdırma aparılır. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/275916

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR