Əziz Yıldırım İlham Əliyevə məktub yazdı - MƏTN

Əziz Yıldırım İlham Əliyevə məktub yazdı - MƏTN
18:54 1 İyun 2017
36 Digər
Ölkə mətbuatı
A- A+

“Gülhan-Dearsan” şirkətlər qrupunun rəhbəri Əziz Yıldırım Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, məktubda deyilir:

 

“Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizi “Fənərbağça” idman klubu və “Gülhan-Dearsan” şirkətlər qrupu adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

 

Uzaqgörən siyasətiniz, qətiyyətli rəhbərliyiniz ilə dost və qardaş Azərbaycanın inkişaf edən iqtisadi, siyasi və hərbi gücü sayəsində gələcəyə inamla baxan, firavan və əmin-amanlıq içində olan bir ölkəyə çevrilərək Qafqazın parıldayan ulduzu olmasından böyük məmnunluq və sevinc hissi duyur, qürurlanırıq.

 

Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq əlaqələrinin hər gün daha da inkişaf etməsi üçün iqtisadi, hərbi və yüksək texnologiyalar sahələrində iş və güc birliyimizi daha yüksək səviyyəyə çatdıracaq hər cür dəstəyimizin əmrinizdə olduğunu xüsusi vurğulamaq istəyirəm.

 

Fürsətdən istifadə edərək Azərbaycanın müstəqilliyi uğrunda həyatlarını qurban verən əziz şəhidlərə Allahdan rəhmət diləyirəm.

 

Sizə dərin ehtiramımı bildirirəm”.

 

 

Qeyd edək ki, uzun illərdir həm də Türkiyənin ən böyük futbol klublarından olan “Fənərbağça”ya rəhbərlik edən Əziz Yıldırım Azərbaycanda çox tanınan idman adamlarındandır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/275960

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR