Aİ İqlimə sazişinin icrasına sadiqdir

Aİ  İqlimə sazişinin icrasına sadiqdir
02:29 2 İyun 2017
72 Digər
Ölkə mətbuatı
A- A+

Avropa İttifaqı ABŞ prezidentinin qərarına baxmayaraq, İqlimə dair Paris sazişinin icrasına tam sadiqdir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Aİ Şurasında sədrlik edən Malta nümayəndəliyinin Twitter səhifəsində bildirilir.

 

ABŞ prezidenti Donald Tramp bundan əvvəl ABŞ-ın İqlimə dair Paris sazişindən çıxdığını bəyan edib.  

 

Qeyd edək ki, 2015-ci ilin dekabrında imzalanan İqlimə dair Paris sazişi iqlim sahəsində əldə olunan ilk razılaşmadır. Dünyanın 194 ölkəsi tərəfindən imzalanan bu saziş qlobal istiləşmənin qarşısının alınması üzrə beynəlxalq fəaliyyət planını müəyyənləşdirir. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/275980

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR