Türkiyə Rusiya buğdasına qadağanı ləğv etdi

Türkiyə Rusiya buğdasına qadağanı ləğv etdi
04:19 2 İyun 2017
61 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə hökuməti Rusiya buğdasının ölkəyə idxalına tətbiq olunan məhdudiyyətləri ləğv edib, Rusiya isə, öz növbəsində, Türkiyə ilə qarşılıqlı fayda əsasında əməkdaşlığı davam etdirməyə hazırdır.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya kənd təsərrüfatı naziri Aleksandr Tkaçov bildirib.   

 

“Artıq heç bir mübahisə yoxdur. Türkiyədə bizi gözləyirlər, hər şey yaxşıdır, heç bir problem yoxdur.  Biz qarşılıqlı fayda əsasında əməkdaşlığı davam etdirməyə hazırıq. Türkiyənin buğda bazarı bizim üçün prioritetdir, biz orada 3 mln. tondan çox buğda satırıq. Bu yaxşı rəqəmlərdir”, - deyə Tkaçov Peterburq İqtisadi Forumda bildirib.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/275983

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR