"Report"un AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, öz meydançasında Braziliya futbolçularını qəbul edən Fransa millisi hesabı açsa da, sonra qapısından üç top buraxaraq məğlub olub. Xatırladaq ki, 17 il əvvəl Fransa məhz bu stadionda Braziliyaya 3:0 hesabı ilə qalib gələrək dünya çempionu titulunu qazanmışdı.
Keçirilən digər oyunlarda aşağıdakı nəticələr qeydə alınıb:
İordaniya - Suriya - 0:1, Qətər - Əlcəzair - 1:0, Bəhreyn - Kolumbiya - 0:6, Fil Dişi Sahili - Anqola - 2:0, İran - Çili - 2:0.