““Hacı pivəsi”ndə də spirt var” - Bakıdakı məşhur pivə zavodunun direktoru

““Hacı pivəsi”ndə də spirt var” - Bakıdakı məşhur pivə zavodunun direktoru
11:39 2 İyun 2017
86 Digər
Ölkə mətbuatı
A- A+

"Bəzi proseslərdən sonra pivədə spirtin səviyyəsi minimal həddə "0,5%-dən artıq olmamaqla) çatır".

 

Lent.az-ın Modern.az-a  istinadən məlumatına görə, bunu “Carlsberg Azerbaijan” şirkətinin Əməliyyat Fəaliyyəti üzrə direktor Konstantin Belugin söyləyib. Və beləliklə də, indiyə kimi üzərində “0 faiz spirt” olduğu göstərilən "Hacı pivəsi" barədə deyilənlərin doğru olmaması üzə çıxır.

 

Direktor bildirir ki, ümumilikdə, alkoqolsuz pivə istehsalı əlavə olaraq xüsusi filtrasiya və dealkoqolizasiya texnologiyasını nəzərdə tutur:

 

"Hansı ki, bu proseslərdən sonra içkidə spirtin səviyyəsi minimal həddə (0,5%-dən artıq olmamaqla) çatır, bu isə kvas, qatıq və digər süd məhsulları səviyyəsindədir. İstənilən pivə brendimizin etiketi üzərində onun alkoqol tərkibi qeyd olunur və bu da həqiqəti əks etdirən məlumatdır. Alkoqolsuz pivənin keyfiyyətinə gəldikdə isə, bu amil tərkibində olan spirtdən deyil, düzgün istehsal və saxlama şəraitindən asılıdır".


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276005

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR