İftar zamanı ölüm xəbərini eşidən aktrisanın ürəyi getdi - FOTO

İftar zamanı ölüm xəbərini eşidən aktrisanın ürəyi getdi - FOTO
15:05 2 İyun 2017
96 Dünya
Ölkə mətbuatı
A- A+

Məşhur aktrisa, model və aparıcı İpək Tanrıyar iftarda huşunu itirib.

Böyrək xəstələri üçün təşkil edilən iftar süfrəsində Türkiyənin son zamanlar ən çox baxılan "Fazilet Hanım ve Kızları" serialında "Nil" xarakterini canlandıran Tuğba Melis Türk və İpək Tanrıyar xəstələri tək buraxmayıblar.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, orucunu xəstələrlə birlikdə açan İpək Tanrıyar dializ xəstələri ilə bir-bir yaxından maraqlanıb. Masaları gəzərək xəstələrlə söhbət edən Tanrıyarın gözü 10 ildir tanıdığı gənc bir dializ xəstəsini axtarıb. Masada oturanlara "Harada mənim dostum" deyərək gənc yoldaşını soruşan Tanrıyar "Onu itirdik, artıq həyatda deyil" cavabını alınca göz yaşları içində huşunu itirib.

Tibb bacısının müdaxiləsi ilə Tanrıyar özünə gəlib.

Məhəmməd Vaqif
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/550601.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR