Bakıda 175 avtobus üçün istehsalat bazası yaradılıb

Bakıda 175 avtobus üçün istehsalat bazası yaradılıb
18:04 2 İyun 2017
49 Digər
Ölkə mətbuatı
A- A+

Bakı Nəqliyyat Agentliyinin istehsalat bazasının yaradılması ilə bağlı daşıyıcı şirkətlər qarşısında qoyduğu tələb yerinə yetirilir.

BNA-dan Lent.az-a verilən məlumata görə, iyunun 2-də daha bir daşıyıcı “Çinar-Trans” MMC-nin yeni istehsalat bazası istifadəyə verilib. 2 hektar ərazisi olan bazada 10 marşrut üzrə 175 müxtəlif markalı sərnişin avtobusuna xidmət göstəriləcək. İstehsalat bazası Agentliyin daşıyıcılar qarşısında qoyulan bütün tələblərə cavab verir. Bazada sürücülərin tibbi müayinəsi üçün nəzərdə tutulmuş tibb məntəqəsi, avtobusların texniki baxışı üçün nəzərdə tutulmuş zona, o cümlədən yuyucu və parkinq yaradılıb.

 

Qeyd edək ki, ictimai nəqliyyatın səmərəli fəaliyyətinin təşkili, nəqliyyat vasitələrinin texniki baxımdan saz vəziyyətdə saxlanılması ən əsası isə sərnişinlərin təhlükəsizliyi baxımından istehsalat bazasının olması vacib amildir. Bunu nəzərə alaraq  BNA müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən şəxslər qarşısında istehsalat bazasının yaradılması ilə bağlı da ciddi tələblər qoyub. İstehsalat bazasına malik olmaq o deməkdir ki, burada sürücülər tibbi, avtobuslar isə texniki müayinədən keçəcək. Agentliyin tələbinə əsasən daşıyıcılar 1 il müddətində bu tələbini icrasını təmin etməlidirlər.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276042

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR