Həzmsizlik, qəbizlik, mədə problemlərinin dərmanı

Psixoloji olaraq əmələ gələn qastrit, şişkinlik və həzmsizlik kimi mədə problemlərindən təbii bitki çayları ilə xilas ola bilərsiniz.

Metbuat.az xəbər verir ki, mədə problemlərinə qarşı ən təsirli üsullardan biri razyana çayıdır. Razyana mədəyə faydalıdır. Həzmsizliyə qarşı gündə 2 ya 3 stəkan razyana çayı içmək lazımdır.

Çobanyastığı çayı bağırsaqları yumşaldır. Həzmsizlik problemi olanlar gündə 3 stəkan çobanyastığı çayı içməlidir.

Zəncəfil bir çox məsələdə olduğu kimi mədə xəstəliklərində də ən təsirli üssullardan biridir. Zəncəfilli çay içərək mədə funksiyalarınızı normallaşdıra və mədə problemlərinizdən xila ola bilərsiniz. Gündə 2 stəkan içmək yetərlidir.

Qeyd edək ki, psixoloji olaraq əmələ gələn həzmsizlik probleminin altında mədə xərçəngi, qastrit kimi xəstəliklər ola bilər. Buna görə də, bitki çaylarından istifadədən əvvəl mütləq həkimə müraciət edin.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR