"Gürcüstanda Azərbaycana qarşı təxribat xarakterli addımlar atıla bilər" - "Yeni Azərbaycan"

"Gürcüstanda Azərbaycana qarşı təxribat xarakterli addımlar atıla bilər" - "Yeni Azərbaycan"
18:39 3 İyun 2017
82 Digər
Ölkə mətbuatı
A- A+

 

“Radikal müxalifət təmsilçiləri xarici antiazərbaycan mərkəzlərin təlimat və tapşırıqlarına əsasən ölkəmizə qarşı təxribat planları həyata keçirməyə hazırlaşır”.

 

Bu barədə “Yeni Azərbaycan” qəzeti yazıb. Qəzetin məlumatına görə, bu istiqamətdə Gürcüstan ərazisində də təxribat xarakterli addımların atılması istisna deyil.

 

Xəbərdə bildirilir ki, bununla Gürcüstan və Azərbaycan arasında olan dostluq münasibətlərini pozmağa və iki dost ölkə arasında gərginlik yaratmağa cəhd olunur.

 

Qəzet yazır: “Digər tərəfdən, Azərbaycan Silahlı Qüvvələrinin son zamanlarda cəbhə xəttində mühüm uğurlar qazanması, düşmən qarşısında öz gücünü təsdiq etməsi fonunda antiazərbaycan şəbəkəsinin ölkəmizə qarşı fəallaşması Ermənistanın məqsədlərinə xidmət göstərməkdir.

 

Əlbəttə ki, qonşu dövlətin ərazisində Azərbaycan xalqını, tarixini, dövlətçiliyini təbliğ edən abidələrə zərər vurmaq həm qeyri-insani bir davranış, həm də Azərbaycan dövlətinə qarşı təxribat cəhdidir. Bu, radikal müxalifət adını özünün yarlığına, siyasəti qanunsuz fəaliyyət üçün qalxana çevirənlərin əxlaqdan nə qədər yoxsul olduqlarını göstərir. Müxalifət bu davranışı ilə Azərbaycana qarşı erməni vandallığı ortaya qoyur, dövlətimizə, xalqımıza münasibətdə ermənilərlə bir cəbhədə yer aldığını növbəti dəfə sübuta yetirir”.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276095

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR