QIZMAR GÜNLƏR YAXINLAŞIR: Sabah 33 dərəcə isti olacaq

QIZMAR GÜNLƏR YAXINLAŞIR: Sabah 33 dərəcə isti olacaq
12:19 4 İyun 2017
138 Digər
Ölkə mətbuatı
A- A+

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, mülayim şimal-qərb küləyi  gecə və səhər arabir güclənəcək.

 

Havanın temperaturunun gecə 16-19° isti, gündüz  25-30° isti olacağı gözlənilir. Bakıda gecə  17-19° isti, gündüz  27-29° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  764 mm civə sütunu, nisbi rütubət  gecə 65-75 %, gündüz  40-50%  təşkil edəcək.

 

Azərbaycanın rayonlarına gəlincə, sabah hava şəraiti əsasən yağmursuz olacaq, lakin gecə və səhər bəzi  yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir  güclənəcək. Havanın temperaturunun gecə 15-20° isti, gündüz  28-33° isti, dağlarda gecə 7-12° isti, gündüz 17-22° isti olacağı gözlənilir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276135

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR