Azərbaycanda qeyri-adi toy karvanı

Atlar və bəzədilmiş arabalar...müasir dövrdə qədimi xatırladan bu toy karvanı böyük marağa səbəb olub. Görüntülər Tovuzun Xatınlı kəndindəndir. Kənd sakini Zaur Əmiraslanov öz toyunda bəy karvanını at arabalarından təşkil edib. Bununla da o, xanımına surpriz etmək istəyib. Bəy və gəlin isə xüsusi hazırlanmış faytonla kartejə qoşulublar.

Bəy qədim adətləri də yaşamaq üçün belə bir addım atdığını deyir. O, bildirir ki, xarici maşınlarla hər kəs gəlin gətirir. Ancaq bu cür toy karvanı daha yadda qalan olur.

Toy karvanı insanlarda da böyük maraq doğurub. Kənd sakinləri və qonaqlar indiki dövrdə belə toylara nadir hallarda rast gəldiklərini deyirlər.

Toy karvanı kəndin küçələrini gəzdikdən sonra məclisə daxil olub. // xezerxeber.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR