Dünyanın ən sürətli lifti - 75,6 km/saat - VİDEO

Dünyanın ən sürətli lifti - 75,6 km/saat - VİDEO
18:08 5 İyun 2017
61 Digər
Ölkə mətbuatı
A- A+

Çin dünyada daha bir ilkə imza atdı. Yer üzündə ən sürətli lift məhz Çində hazırlandı.

Publika.az Daily Mail-a istinadən xəbər verir ki, Çinin Maliyyə Mərkəzinin binasında Yaponiyanın Hitachi şirkəti tərəfindən maksimal surəti 75,6 km/saat olan lift quruaşdırılıb.

Keçirilən sınaqlarda liftin 530 metr məsafəni (binanın damına qədər) 25 saniyə ərzində qət etdiyi sübut olunub. Mühərrik saatda 75,6 kilometr sürət yığa bilir.

Liftin yuxarı qalxma sürəti saatda 72 kilometr, eniş sürəti isə saata 36 kilometr təşkil edəcək. Bu rekord göstəricidir.

Xatırladaq ki, bu günə qədər ən sürətli lift də Çində olub. Onun maksimal sürəti 69 km/saat olaraq qeyd olunub.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/201422.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR