Müdafiə Nazirliyinin mərkəzi aparatının yeni yeməkxanası istifadəyə verildi - FOTO

Müdafiə Nazirliyinin mərkəzi aparatının yeni yeməkxanası istifadəyə verildi - FOTO
19:39 5 İyun 2017
56 Digər
Ölkə mətbuatı
A- A+

İyunun 5-də Müdafiə Nazirliyinin mərkəzi aparatı ərazisində müasir standartlara cavab verən yeni inşa edilmiş  yeməkxana istifadəyə verilib.
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçular və mülki işçilərin qidalanması üçün nəzərdə tutulan yeməkxanada şəraitlə tanış olub.
 
 
Nazirlikdən Lent.az-a verilən məlumata görə, məruzə edilib ki, iki zaldan ibarət yeməkxana və mətbəx yüksək keyfiyyətli qida məhsullarının hazırlanması üçün lazım olan bütün növ müasir tipli avadanlıqlarla təmin olunub. Xidməti və inzibati otaqlardan ibarət binaya kommunikasiya xətləri çəkilib, mərkəzləşdirilmiş istilik və kondisioner sistemi quraşdırılıb.
 
Qısa müddətdə inşa edilərək şəxsi heyətin istifadəsinə verilən yeməkxanadakı şəraitlə tanış olduqdan sonra Müdafiə Nazirliyinin rəhbərliyi burada çalışan mülki əməkdaşlarla görüşərək müvafiq tapşırıqlarını verib.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276249

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR