Şəmkirdə iki VAZ toqquşdu: 1 yaralı

Şəmkirdə iki VAZ toqquşdu:  1 yaralı
20:24 5 İyun 2017
40 Digər
Ölkə mətbuatı
A- A+

Şəmkirdə xəsarətlə nəticələnən yol qəzası baş verib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Kür qəsəbəsinə gedən yolda qeydə alınıb.

 

“VAZ 21099” markalı avtomobilin “VAZ 21011”ə çırpılması nəticəsində “VAZ 21011” də olan sərnişin, Kür qəsəbə sakini 1961-ci il təvəllüdlü Kərimova Rahidə Babaş qızı müxtəlif bədən xəsarətləri alaraq Şəmkir rayon mərkəzi xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, böyrək çatışmazlığından əziyyət çəkən R. Kərimova  dializdən gəlirmiş.

 

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276251

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR