Mal-qara oğruları tutuldu

Mal-qara oğruları tutuldu
06:39 7 İyun 2017
52 Digər
Ölkə mətbuatı
A- A+

İmişlidə mal-qara oğruluğu edən qrup saxlanılıb.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, İmişli rayon Çaxırlı kəndinin sakinləri polisə   müraciət edərək iribuynuzlu heyvanlarının oğurlandığını bildiriblər. İmişli polis şöbəsi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq törədən 3 nəfər şəxs saxlanılıb. Həmin şəxslərin Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün Biləsuvar rayonu ərazisində salınmış qəsəbə sakinləri olduğu məlum olub. Belə ki, 9 Saylı qəsəbə sakini 31 yaşlı Məmişov Fuad Polad oğlu, 2 saylı qəsəbədə məskunlaşan həmyerliləri,  1993-cü ci il təvəllüdlü Paşalı Aruz Əli oğlu və Həsənli Qalib İnqlab oğlu qrup şəklində oğurluq hadisəsini törədiblər. Adı çəkilən şəxslər Çaxırlı kəndi ərazisindəki örüş sahəsindən Şahin Əliyevə məxsus  2 baş,  Şəmsəddin Mehdiyevə məxsus 1 baş,  Bərxudar Ağayevə məxsus 1 baş,  Əlniyaz Əliyevə məxsus  2 baş və  Elxan Şirinova məxsus 1 baş iri buynuzlu  heyvanı  oğurlayaraq İmişli rayon Qızılkənd ərazisinə gətiriblər. Daha sonra heyvanları  idarə etdikləri  02-BG-659 dövlət nömrə nişanlı  “Qaz 53” markalı  yük maşınına yığıb hadisə yerindən qaçıblar.

 

Hazırda faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4 maddələri ilə cinayət işi başlayıb, istintaq aparılır. Adı çəkilən şəxslərin digər cinayətlərdə  iştirakının olub-olmadığı  araşdırılır.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276352

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR