Azərbaycanda vəzifəli şəxs vəfat etdi

Azərbaycanda vəzifəli şəxs vəfat etdi
10:57 7 İyun 2017
78 Ölkə
Ölkə mətbuatı
A- A+

"Aqrarkredit" bank olmayan kredit təşkilatının (BOKT) departament rəhbəri dünyasını dəyişib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə təşkilatın yaydığı elanda deyilir.

Belə ki, "Aqrarkredit"in Problemli kreditlərlə iş departamentinin direktoru Tofiq Əliyev vəfat edib. 

"BOKT-un rəhbərliyi Tofiq Əliyevin vəfatından kədərləndiyini bildirir", - deyə elanda qeyd edilib.

Qeyd edək ki, "Aqrarkredit"in səhmlərinin 100%-i dövlətə məxsusdur. Ölkə başçısının müvafiq fərmanına əsasən Azərbaycan Beynəlxalq Bankının problemli aktivləri adıçəkilən BOKT-a ötürülür.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/551971.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR