64 yaşlı əməkdar artist: "Əməliyyat etdirməmişəm, hər şey təbiidir" - FOTOLAR

64 yaşlı əməkdar artist: "Əməliyyat etdirməmişəm, hər şey təbiidir" - FOTOLAR
11:04 7 İyun 2017
72 Digər
Ölkə mətbuatı
A- A+

 

Əməkdar artist Ruhəngiz Musəvi görünüşü ilə bağlı gəzən söz-söhbətlərə son qoymaq istəyir. Lent.az-ın məlumatına görə, “APA TV”-nin “Show time” verilişində qonaq olan ifaçı bildirib ki, bir çoxları onun plastik əməliyyat keçirdiyini vurğulayıb: “Mənim 64 yaşım var, heç vaxt plastik əməliyyat etdirməmişəm. Əməliyyat etdirənə oxşayıram? Bir çoxlarına arzu edirəm ki, bu yaşda mənim kimi qalsınlar. Görün, əməliyyat etdirsəm necə olaram?! Məndə hər şey təbiidir. Deyirlər ki, niyə belə gözəl qalmısınız? Deyirəm ki, ürəyim təmizdi, ona görə belə gözələm. Həm də istəmirəm, məni qoca görsünlər. Lazım olsa, gələcəkdə plastik əməliyyat etdirəcəm. Amma bu günə qədər heç bir yerimdə dəyişiklik etdirməmişəm”.

 

Qeyd edək ki, “Show time” verilişi həftənin çərşənbə axşamı saat 15:10-da “APA TV”-də Yalçın Uğurun təqdimatında yayımlanır. 

 

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276373

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR