Azərbaycan və Aİ arasında danışıqların növbəti mərhələsi keçiriləcək

Azərbaycan və Aİ arasında danışıqların növbəti mərhələsi keçiriləcək
11:29 7 İyun 2017
38 Digər
Ölkə mətbuatı
A- A+

İyunun 13-14-də Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi keçiriləcək.
 
Bu barədə APA-ya Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev məlumat verib. O bildirib ki, növbəti görüş yenə Bakıda olacaq: “Görüşdə iştirak etmək üçün Aİ Xarici Əməliyyatlar Xidmətinin rəsmisi Luk Devin Azərbaycana gələcək. Bu danışıqlar iki blok üzrə - siyasi-təhlükəsizlik  və ticarət bloku üzrə aparılacaq”. 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276374

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR