Dolu gözlənilir - XƏBƏRDARLIQ -YENİLƏNİB

Dolu gözlənilir - XƏBƏRDARLIQ -YENİLƏNİB
13:44 7 İyun 2017
219 Digər
Ölkə mətbuatı
A- A+

 

İyunun 8-də bəzi rayonlarda hava şəraitinin qısamüddətə qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, çaylarda sululuğun artacağı ehtimalı var.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah  Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 16-19° isti, gündüz 25-30° isti, Bakıda gecə 17-19° isti, gündüz 23-29° isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında isə sabah bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.  Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 15-20° isti, gündüz 28-33° isti, dağlarda gecə 8-13° isti, gündüz 16-21° isti olacağı gözlənilir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276384

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR