Dünyanın ən bahalı 20 futbol klubunun SİYAHISI

Dünyanın ən bahalı 20 futbol klubunun SİYAHISI
04:48 8 İyun 2017
64 İdman
Ölkə mətbuatı
A- A+

Məşhur “Forbes” jurnalı dünyanın ən bahalı 20 futbol klubunun siyahısını açıqlayıb.

Publika.az verir ki, siyahıya İngiltərənin “Mançester Yunayted” klubu başçılıq edir. Klub 3 milyard 689 milyon dollar dəyərində qiymətləndirilir. 2015-2016-cı il mövsümündə klubun gəlirləri 765 milyon dollar təşkil edib.

İkinci yerdə “Barselona” (3,635 milyard dollar), üçüncü sırada isə “Real” (3,58 milyard dollar) klubları qərarlaşıblar. Hər iki klubun göstərilən dövrdə illik gəliri 688 milyon dollar olub.

“Bavariya” (2,713 milyard dollar) siyahıda dördüncü, “Mançester Siti” (2,083 milyard dollar) isə beşincidir. Almaniya təmsilçisi 2015-2016-cı il mövsümündə büdcəsinə 657 milyon, İngiltərə klubu isə 583 milyon dollar gəlir əlavə edib.

Ümumilikdə 20 klubun 8-i İngiltərəyə məxsusdur. Hesabat dövründə - 2015-2016-cı il mövsümündə çempion olan “Lester Siti” 19-cu sırada qərarlaşıb. Bu klubun ümumi dəyəri 413 milyon dollardır.

Klublardan üçü İspaniyanı, üçü Almaniyanı, beşi İtaliyanı, biri isə Fransanı təmsil edir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/201753.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR