Lent.az-ın mobil versiyası YENİ DİZAYNDA

Lent.az-ın mobil versiyası YENİ DİZAYNDA
12:29 8 İyun 2017
40 Digər
Ölkə mətbuatı
A- A+

 

 

Lent.az İnformasiya Agentliyi zamanın tələblərinə uyğun olaraq ən son texnoloji yenilikləri tətbiq etməyə davam edir.

 

Saytımızın mobil versiyası olan m.lent.az bundan sonra oxucuların qarşısına yeni dizaynda çıxacaq. Saytın mobil versiyasının təkmilləşdirilmiş variantı oxucuların xəbərləri daha rahat və ən sadə şəkildə oxumasına uyğunlaşdırılıb.

 

Yeni versiya həmçinin oxucularımızın internet paketlərinə də qənaət etməyə səbəb olacaq. Saytın bir öncəki mobil versiyasında xəbərləri oxumaq üçün hər dəfə yeni səhifə açmaq tələb edilirdisə, artıq buna ehtiyac yoxdu. Xəbərləri oxuduqca, oxunmuş xəbərin altında həmin bölməyə aid olan bütün xəbərlə sıralanacaq.

 

Həmçinin, oxucularımız yeni istifadəyə verilmiş oxa klik etməklə, həmin bölməyə aid olan bütün xəbərləri sıralanmış şəkildə görə biləcək.

 

APA Holdingin İT departamentinin əməkdaşları tərəfindən hazırlanmış yeni mobil versiya hər gün daha da təkmilləşməyə və oxucular üçün ən optimal hala çevrilməyə davam edəcək. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276478

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR