İFTARA ÖZƏL: 3 məhsulla hazırlanan bananlı dondurma

Yalnız 3 məhsulla hazırlanan, ləzzətli bananlı dondurma iftardan sonra sərinləməyiniz üçün yaxşı alternativdir.

Metbuat.az asan hazırlanan bananlı dondurma reseptini təqdim edir:

Tərkibi:

4 ədəd banan

1 yemək qaşığı bal

7-8 ədəd qoz ləpəsi

Hazırlanması:

Bananın qabıqlarını soyub orta böyüklükdə dilimləyin. Soyuducuda bir gecə, ən azı 4 saat saxlayın. Donan bananları çıxarın. Otaq temperaturunda bir neçə dəqiqə saxlayın. Blenderə bananı əlavə edin, krem halını alana qədər qarışdın və balı əlavə edin. Son olaraq kasaya tökün, üzərinə qoz əlavə edin. 15 dəqiqə soyuducuda saxlayın.

Qeyd: Seçdiyiniz bananın yetişmiş olmasına diqqət edin. Bananı dilimləyib bir gecə, ya da ən azı 4 saat soyuducuda saxlayın. Damaq zövqünüzə görə balın miqdarını artıra bilərsiniz. Bal əvəzinə fındıq və ya fıstıq əzməsi istifadə etmək olar.

Nuş olsun!

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR