Ümumdünya Okeanlar Günüdür

8 İyun - Ümumdünya Okeanlar Günüdür.

Metbuat.az xəbər verir ki, 1992-ci ilin 8 iyununda Rio-de Janeyroda BMT-nin "Ətraf mühit və inkişaf" konfransında sözügedən günün keçirilməsi qərara alınıb.

Ümumdünya Okeanlar Günü bir çox Avropa ölkələrində, o cümlədən Belçika, Böyük Britaniya, Almaniya, Hollandiya, İrlandiya, İspaniya, İtaliyada, Cənub-Şərqi Asiya dövlətlərində - Vyetnam, İndoneziya, Sinqapur, Filippin, Cənubi Asiyada - Hindistan, Şri-Lankada, Uzaq Şərqdə - Çin, Yaponiya və digər dövlətlərdə qeyd olunur.

Yer kürəsinin 70 faizini okeanlar təşkil edir. Planetin 361 milyon kvadratkilometr sahəsi Sakit, Atlantik, Hind və Şimal Buzlu okeanlar arasında bölünüb.

Nəfəs aldığımız oksigenin çoxu okeanlar tərəfindən istehsal edilir, karbon-dioksid emissiyaları absorbsiya olunur, canlılar ərzaq və qidalandırıcıların əksər hissəsini buradan alır, iqlimi tənzimləyir, turizm, balıqçılıq, iqtisadiyyat üçün önəmli rol oynayır.

Okeanlar günəş şüalarını daha az əks etdirir, beləcə qurudan daha çox günəş enerjisi alır və bu temperaturu öz daxilində yerə paralel şəkildə paylayır. Beləliklə, okeanlar daha isti olan ekvator bölgələrini sərinləşdirərək, həddindən artıq isti olmalarına, eyni zamanda qütb bölgələrinin soyuq sularını isidərək, həddindən artıq soyuq olmalarına və nəticədə tamamilə donmalarına mane olur.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR