Dəniz Seki 500 mindən imtina etdi: "Ən böyük sərvətim ailəmdir"

Dəniz Seki 500 mindən imtina etdi: "Ən böyük sərvətim ailəmdir"
18:52 8 İyun 2017
95 Şou
Ölkə mətbuatı
A- A+

İki gündür həbsxanadan çıxan müğənni Dəniz Səkinin Ramazan bayramında Kiprdə konsert verəcəyi gözlənilirdi.

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, 500 min lirə təklif edilən konsertdən imtina edib. Müğənni bayram günlərini ailəsi ilə keçirmək istədiyini söyləyib:

"Uzun müddət sonra sevdiklərimlə bayram etmək üçün səbirsizlənirəm. Mənim ən böyük sərvətim ailəmdir".

O, ilk konsertinin avqustun 5-də Harbiye açıq hava konsert salonunda olacağını deyib. D.Seki oteldən fərqli olaraq orada biletlərin ucuz olması səbəbi ilə konsertində daha çox sevdiyi ilə görüşəcəyinə ümid edir...

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/552552.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR