Cəlilabadda kartofla dolu yük maşını aşıb, yolda tıxac yaranıb

Cəlilabadda kartofla dolu yük maşını aşıb, yolda tıxac yaranıb
20:07 8 İyun 2017
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Cəlilabad. 8 iyun. REPORT.AZ/ Cəlilabad rayonunda yük maşını aşıb. 
“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında Ələt-Astara magistral yolunda rayonla Göytəpə şəhərinin arasından keçən hissəsində qeydə alınıb. 
Belə ki, “Mercedes” markalı kartofla dolu yük maşını “QAZel” markalı yük maşını ilə toqquşub. Kartoflar yola dağıldığından magistralda bir müddət tıxac yaranıb. Hadisə zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.



Xəbərin orijinal ünvanı: https://report.az/hadise/celilabadda-kartofla-dolu-yuk-masini-asib-yolda-tixac-yaranib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR