Mey yenidən deputat seçildi

Mey yenidən deputat seçildi
07:14 9 İyun 2017
21 Digər
Ölkə mətbuatı
A- A+

Böyük Britaniyanın baş naziri vaxtından əvvəl seçkilərin nəticələrinə görə, yenidən parlament  üzvü seçilib.  

 

 APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, maliyyə, təhsil habelə xarici işlər nazirləri parlamentə yenidən üzv seçiliblər.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, hazırda leyboristlər 204, mühafizəkarlar isə 194 mandat əldə ediblər. Müstəqil namizədlər 20 yer, Şotlandiya Milli Partiyası 29, Liberal Demokratik Partiyası 9 mandat əldə edib. Səslərin hesablanması davam etdirilir.

 

Qeyd edək ki, keçirilmiş yeganə “exit poll”un nəticələrinə görə, mühafizəkarlar 650 mandatdan 314-nü əldə edərək seçkilərdə liderliyi ələ alıblar. Lakin parlamentdə mütləq çoxluğa nail olmaq üçün onlara daha 12 yer gərəkdir. “Exit poll”un nəticələrinə görə, Leyboristlər partiyası 266 mandat əldə edib,  Şotlandiya Milli Partiyası 34 mandatla üçüncü, Liberal Demokratik Partiyası 14 yerlə dördüncü pillədə qərarlaşıb. Sağçı Müstəqillik partiyası parlamentdə heç bir yer əldə etməyib. Digər partiyalar isə 22 mandat qazanıb.   


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276537

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR