Bakıda qaraçılar arasında dava: 3 qadın yaralandı

Bakıda qaraçılar arasında dava: 3 qadın yaralandı
09:09 9 İyun 2017
25 Digər
Ölkə mətbuatı
A- A+

Bakının Suraxanı rayonu ərazisində qaraçı qadınlar arasında kütləvi dava baş verib.
 
 
Lent.az-ın Report-a istinadən xəbərinə görə, nəticədə 3 qadın xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
 
 
Suraxanı qəsəbəsinin Zahid Əliyev küçəsində 1988-ci il təvəllüdlü Mənzərova Nigar Sənan qızı aralarında yaranan mübahisə zəminində şüşə parçası ilə baldızı, 1989-cu il təvəllüdlü Yolçuyeva Aidə Niyaz qızının boğazını kəsib. Onları ayırmağa çalışan qonşu İsmayılova Aidə Bilal qızı isə qolundan kəsik xəsarətləri alıb. Bu zaman davaya müdaxilə edən Yolçuyeva Aidənin həyat yoldaşı qisas məqsədi ilə bacısı Nigarın üz nahiyəsinə bıçaq xəsarəti yetirib.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276541

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR