Ermənistan Rusiyadan yeni raket sistemləri alıb.
Publika.az xəbər verir ki, bu barədə Ermənistanın hava
hücumundan müdafiə qüvvələrinin rəis müavini, polkovnik Artur
Poqosyan deyib.
Erməni polkovnik deyib ki, Rusiyadan aldıqları silahlar Azərbaycan
vertolyotlarına və pilotsuz uçuş aparatlarına zərbə endirəcəklər.
Yeni alınan “İqla-S” və “Verba” zenit raketləridir.
A.Poqosyan bu silahların 2015-ci ildə Rusiya ilə imzalanmış 200
milyon kredit müqaviləsi çərçivəsində alındığını bildirib.
Rusiyanın “Hərbi” informasiya agentliyi isə yazır ki, Ermənistan
Rusiyadan aldığı raketləri Azərbaycanın işğal edilmiş Dağlıq
Qarabağ bölgəsinə yerləşdirəcək.
“2016-cı ildəki döyüşlərdə Ermənistan Dağlıq Qarabağın hava
müdafiəsində problemlərin olduğunu anladı. Azərbaycan erməni hərbi
birləşmələrinə ağır zərbələr endirdi. “İqla-S” və “Vebra” raketləri
aşağıdan uçan təyyarə və pilotsuz aparatlarını vurmaq üçün nəzərdə
tulur, həmçinin, bu raketlər hədəfi istiliklə tapa bilir. “Vebra”
aşağıdan uçan və gözə çarpmayan hədəfləri 6,5 kilometrə qədər
vurmaq qabiliyyətinə sahibdir”, - deyə agentlik qeyd edib.
Asif