Göbələkli toyuq yeməyi

Göbələkli toyuq iftara əsas yeməyiniz ola bilər.

Metbuat.az yeməyin hazırlanma qaydasını təqdim edir:

Tərkibi:

2 ədəd toyuğun döş əti

10 ədəd göbələk

½ budaq cəfəri

1 çay qaşığı qara istiot

1 yemək qaşığı kərə yağı

2 diş sarımsaq

½ şüşə soda

Qeyd: Soda toyuğun sərtliyini alacaq.

Hazırlanması:

Toyuğun döş ətini 2 hissəyə bölün. Döş ətini zeytun yağı, sarımsaq, soda, duz və qara istiotla qarışdırıb saxlayın. Sonra toyuqların iki tərəfini də yaxşıca qızardın.

Başqa bir tavada kərə yağını əridib göbələkləri qovurun. Qovrulmuş, suyunu atan göbələklərə toyuqları əlavə edib qarışdırın. Cəfərini xırda-xırda doğrayıb toyuq və göbələklərə əlavə edin. 2 dəqiqə saxlayıb ocaqdan alın.

Nuş olsun!

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR