"Onun evində..." - Oksana İslam haqda bunları dedi

"Onun evində..." - Oksana İslam haqda bunları dedi
11:39 10 İyun 2017
123 Digər
Ölkə mətbuatı
A- A+

"Maşın" realiti-şousunun növbəti buraxılışı da qalamqalsız ötüşməyib. 
 
Axşam.az-ın məlumatına görə, aktyor İslam Mehrəliyevin rəqqasəni şoudan uzaqlaşdırmaq istəməsinə Oksana Rəsulova pis olub. Göz yaşlarını saxlaya bilməyən Oksana dost bildiyi İslamın onu arxadan vurduğunu deyib. 
 
Oksana ötən gün yetərincə səs toplayaraq rejissor Aqil M.Quliyevi oyundan kənarlaşdırıb. 
 
Rəqqasə bu qədər səs toplayacağına inanmadığını söyləyib. Şoudan sonra Oksana açıqlama verərək İslamın ona etdikləri haqda bunları deyib:
 
"Mənim gözəl xalqım, çox sağ olun. Qadınlarımız, bəylərimiz səs göndərdi ki, bu şouda qalım, rəqabətimi aparım. Bir az yox, çox heyfsləndim. Hər kəsdən gözləyərdim, ondan gözləməzdim. Mənə bir rəfiqəm demişdi ki, o insandan hər şey gözlə. Cavab verdim ki, yox, nə danışırsınız... Onunla bir filmdə çəkilib, evində olub çörək kəsmişəm. Uşağı doğulanda yanınada olub, birlikdə qeyd etmişəm. Həyatdı, hər şey ola bilər".

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276637

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR