Daha bir ilansancma

Daha bir ilansancma
00:54 11 İyun 2017
90 Digər
Ölkə mətbuatı
A- A+

Şəmkirdə ilansancma olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Bayramlı kəndində qeydə alınıb. Kənd sakini 1969-cu il təvəllüdlü Xudaverdiyev İsa Haqverdi oğlu həyətində atı bağlamaq istəyən zaman ilan onun əlindən sancıb. O dərhal Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Qeyd edək ki, Şəmkirdə bir gündə iki nəfəri ilan sancıb. Bundan əvvəl rayonun Zəyəm qəsəbəsində də 1948-ci il təvəllüdlü Qaratel Hüseynovanı ilan sancıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276673

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR