Avstraliya Azərbaycanın mövqeyini dəstəkləyir

Avstraliya Azərbaycanın mövqeyini dəstəkləyir
20:23 11 İyun 2017
46 Digər
Ölkə mətbuatı
A- A+

Avstraliya Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü, eyni zamanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini qətiyyətlə dəstəkləyir.

Trend-in məlumatına görə, bunu Avstraliyanın beynəlxalq inkişaf və Sakit okean əməkdaşlığı naziri xanım Konçetta Fierravanti-Uells Bakıda Azərbaycan-Avstraliya diplomatik münasibətlərinin qurulmasının 25 illiyinə həsr olunmuş tədbirdə deyib.

Nazir bildirib ki, Avstraliya ATƏT-in Minsk qrupunun münaqişənin həlli istiqamətində səylərini dəstəkləyir: “Biz bütün tərəfləri atəşkəs rejminə hörmət etməyə və vəziyyətin gərginləməsinin qarşısını almağa çağırırıq”.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/202195.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR