DÇ-2018: Türkiyə Kosovanı darmadağın edib, İslandiya son anda Xorvatiyanı yenib

DÇ-2018: Türkiyə Kosovanı darmadağın edib, İslandiya son anda Xorvatiyanı yenib
01:07 12 İyun 2017
74 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 12 iyun. REPORT.AZ/ Futbol üzrə 2018-ci il Dünya çempionatının seçmə qrup mərhələsində VI tura yekun vurulub.
"Report"un məlumatına görə, son oyun günündə "D", "G" və "I" qrupunda 9 oyun keçirilib.
"D" qrupunda bütün oyunlar heç-heçə ilə yekunlaşıb. İrlandiya – Avstriya və Serbiya – Uels qarşılaşmalarında meydan sahibləri, Moldova - Gürcüstan görüşündə isə qonaqlar məğlubiyyətdən qurtulmağı bacarıblar.
"G" qrupunun oyunlarında İtaliya evdə Lixtenşteyni, Albaniya səfərdə İsraili darmadağın edib. İspaniya isə səfərdə Makedoniyaya minimal fərqlə qalib gəlib.
Nəhayət, "I" qrupunda ilk iki pilləni bölüşən İslandiya və Xorvatiya münasibətlərini ayırd edib. Oyunun 90-cı dəqiqəsində meydan sahibləri fərqlənərək, qələbəyə nail olublar. Türkiyə səfərdə Kosovanı darmadağın edib. Ukrayna isə səfərdə Finlandiyanı minimal fərqlə məğlub edib.
2018-ci il Dünya çempionatının seçmə mərhələsi
Avropa zonası, VI tur
11 iyun
D qrupu
20:00. İrlandiya - Avstriya - 1:1
Qollar: Con Uolters, 85 - Martin Hinteregger, 31
20:00. Moldova - Gürcüstan - 2:2
Qollar: Radu Qınsari, 15. Aleksandru Dedov, 36 - Georgi Merebaşvili, 65. Valeri Kazaişvili, 70
22:45. Serbiya - Uels - 1:1
Qollar: Aleksandar Mitroviç, 74 - Aaron Remzi, 35-penalti ilə
Xal durumu: Serbiya - 12, İrlandiya - 12, Uels - 8, Austriya - 8, Gürcüstan - 3, Moldova - 2.
G qrupu
22:45. Makedoniya - İspaniya - 1:2
Qollar: Stefan Ristovski, 66 - David Silva, 15. Dieqo Kosta, 27
22:45. İsrail - Albaniya - 0:3
Qollar: Armando Sadiku, 22; 44. Ledian Memuşay, 71
22:45. İtaliya - Lixtenşteyn - 5:0
Qollar: Lorentso İnsinye, 35. Andrea Belotti, 52. Eder, 74. Federiko Bernardeski, 83. Manolo Qabbiadini, 90+1
Xal durumu: İspaniya - 16, İtaliya - 16, Albaniya - 9, İsrail - 9, Makedoniya - 3, Lixtenşteyn - 0.
I qrupu
20:00. Finlandiya - Ukrayna - 1:2
Qollar: Yoel Pohyanpolo, 72 - Yevgeni Konoplyanka, 51. Artyom Besedin, 75
22:45. İslandiya - Xorvatiya - 1:0
Qol: Hordur Byorvin Maqnusson, 90
22:45. Kosova - Türkiyə - 1:4
Qollar: Amir Rrahmani, 22 - Volkan Şen, 7. Cengiz Ünder, 31. Burak Yılmaz, 61. Ozan Tufan, 82
Qırmızı vərəqə: Bernard Berişa, 84 (Kosova)
Xal durumu: Xorvatiya - 13, İslandiya - 13, Türkiyə - 11, Ukrayna - 11, Finlandiya - 1, Kosova - 1.

Xəbərin orijinal ünvanı: https://report.az/dc-2018/dc-2018-turkiye-kosovonu-darmadagin-edib-i-slandiya-son-anda-xorvatiyani-yenib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR